
Millimiz Yunanıstanla oyundan öncə itki ilə üzləşdi
- 28 Fev 2023 12:30
- 375
Dünya çempionatının əsas seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Rekord.az xəbər verir ki, Amir Şocaei zədəli olduğu üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 3-də Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da başlayacaq.