Voleybolçu kişilərdən ibarət Azərbaycan millisinin Avropa Çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, komandamız A qrupunda yer alıb. 

Pərviz Səmədovun yetirmələri bu qrupda Türkiyə və Danimarkaya qarşı mübarizə aparacaq. Voleybolçularımız qrupdakı ilk və son qarşılaşmalarını türkiyəli həmkarlarına qarşı keçirəcəklər. 

Qeyd edək ki, qrup liderləri və 5 qrup içərisində ən yaxşı nəticə göstərəcək ikinci yerin sahibi 2023-cü ildə baş tutacaq qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.

 

Avropa Çempionatı, təsnifat mərhələsi

A qrupu

3 avqust, Bakı

   Azərbaycan - Danimarka

6 avqust, Bakı

   Azərbaycan - Türkiyə

17 avqust, İstanbul

   Türkiyə - Azərbaycan

20 avqust, Middelfart

   Danimarka - Azərbaycan