Qəbələ şəhərində təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, yığma “Qəbələ”nin U-16 komandası ilə qarşılaşıb. Görüş “Qəbələ”nin 5:2 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan millisinin heyətində Eltun Babazadə və Əli Nəbizadə fərqlənib.