Hakimləri təhqir etdi, ağır cəza aldı
- 15:40
- 26
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci və 2-ci liqaların son turlarına dair qərarlar qəbul edilib.
1-ci Liqa, 8-ci tur
MOİK – “Səbail” oyununun 75-ci dəqiqəsində “Səbail” komandasının 20 nömrəli futbolçusu Ezekiel Morqan ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Səbail” komandası 150 manat cərimə edilib.
“Şimal” – “Zaqatala” oyununun 89-cu dəqiqəsində “Zaqatala” komandasının 70 nömrəli futbolçusu İbrahim Ramazanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Zaqatala” komandası 150 manat cərimə edilib.
2-ci Liqa, 12-ci tur
“Ağstafa Gəncləri” – “Hypers” oyununun 88-ci dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 1 nömrəli futbolçusu Elgün Əmiraslanov hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb, “Ağstafa Gəncləri” komandası 1000 manat cərimə edilib.
“Ağstafa Gəncləri” – “Hypers” oyununda “Ağstafa Gəncləri” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.
“Şirvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilib.
“Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş” komandasının cəzalı rəsmisi Ruslan Hüseynov hakimlərə təzyiq göstərdiyinə görə cəzasının üzərinə 4 oyun əlavə edilib, “Ağdaş” komandası 600 manat cərimə edilib.