19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.


Rekord.az xəbər verir ki, U-19 Kişinyovdakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.


Hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.


Milliyə dəvət alan futbolçuların adlarını nəzərinizə çatdırırıq:


1. Məhdi Həsənov - Neftçi

2. Rauf Əyyubov - Sabah

3. Həzrət Səmədov - Sabah

4. Murad Qurbanov - Zirə

5. Məhəmmədəli Məmmədov - Turan Tovuz

6. Tuncay Əhmədov - Sabah

7. Tunar Muradov - Turan Tovuz

8. Fərid Abdinov - Stroqino (Rusiya)

9. Nadir Nəsibli - MOİK

10. İlkin Həzizadə - Sumqayıt

11. Əli Qazibəyov - Qarabağ

12. Abdulaziz Cabbarlı - Qarabağ

13. İbrahim Babayev - Barselona

14. Nurlan Zeynallı - Sumqayıt

15. Vüsal Kərimov - Neftçi

16. Əhliman Süleymanzadə - Zirə

17. Sabutay Hacı - Alboraya (İspaniya)

18. İslam Həsənov - Qrafiçar (Serbiya)

19. Əli İbrahim - Qarabağ

20. Nicat Nərimanov - Brommapoykarna (İsveç)

21. Əhməd Vəliyev - Qarabağ