
Millimiz ərəblər üzərində növbəti qələbəyə sevindi
- 23 Fev 2022 16:34
- 488
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisi bu oyunda 2:0 hesablı qələbə qazanıb. Komandanın heyətində Sevinc Cəfərzadə və Manə Mollayeva fərqlənib.
Bu komandalar arasında fevralın 20-də keçirilən ilk oyun 4:0 hesabı ilə Azərbaycan yığmasının xeyrinə nəticələnmişdi.