Millimiz bu gün yoldaşlıq oyunu keçirəcək
- 12:00
- 31
Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, komanda Bakı İdman Sarayında Danimarka seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, yığmalar yanvarın 24-də eyni arenada yenidən üz-üzə gələcəklər.