Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə"ni iki medalla başa vurublar.

Rekord.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılardan Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) mübarizəni erkən dayandırıblar.

Daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib çıxmışdı.