
Millimiz Bosniya və Herseqovina ilə yoxlama oyunu keçirəcək
- 17 Avq 2022 12:15
- 420
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bu gündən avqustun 20-dək Bakıda, 20-dən 26-dək isə Bosniya və Herseqovinada təlim-məşq toplanışı olacaq.
Rekord.az xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçicəsində avqustun 23-də və 25-də Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Yoxlama oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Məlik-Yeqanov Vaqif - Qarabağ
2. Həsənov Sahib - Şamaxı
3. Kazımov Rəvan - Neftçi
4. Abbasov Rüfət - Neftçi
5. Süleymanlı Ayxan - Sumqayıt
6. Ramazanov İbrahim - Qəbələ
7. Rüstəmov Emin - Səbail
8. Rəşidov Nuğay - MOİK
9. Məmmədov Musa - Qarabağ
10. Abdullayev Firəddin - Sabah
11. Bədizadə Ayxan - Səbail
12. Agayev Samir - Qəbələ
13. Mikayılov Həmzəalı - Sabah
14. Quliyev Nicat - Sabah
15. Şahniyarov Şahin - Qəbələ
16. Adilxanov Edqar - Şamaxı
17. Kərimov Cavad - Kəpəz
18. Məmmədov Elcan - Səbail
19. Ağayev Mahmud - Zirə
20. Axundzadə Nəriman - Qarabağ
21. Musayev Nurlan - Neftçi
22. Səfərov Qurban - Şamaxı
23. Ağayarov İbrahim - Qarabağ
24. Salyanski Ağadadaş - Neftçi
25. Şəfiyev Sadiq - Turan Tovuz