17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsin 2-ci raundunda mübarizəyə başlayıb.

Rekord.az xəbər verir ki, millimiz bu gün Albaniyada, Bakı vaxtı ilə saat 17:30-da bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Litvadan olan hakimin idarə etdiyi matç yığmamızın məğlubiyyəti ilə başa çatıb – 0:1.