
Millidə yeni baş məşqçi
- 28 İyl 2025 18:00
- 48
Portuqaliya millisinin və "Real"ın sabiq çalışdırıcısı Karluş Keyruşun yeni iş yeri müəyyənləşib.
Rekord.az xəbər verir ki, o, Oman millisinin baş məşqçisi təyin olunub.
72 yaşlı mütəxəssis Oman Futbol Federasiyası ilə 1 illik müqavilə imzalayıb.
Oman millisi DÇ-2026-nın seçmə mərhələsində Qətər və BƏƏ ilə eyni qrupda çıxış edəcək. Qrupun qalibi birbaşa dünya çempionatının final turnirinə yollanacaq, 2-ci yeri tutan komanda isə pley-off oynayacaq.
Keyruşun son iş yeri Qətər millisi olub. O, əvvəllər İran, Misir, Kolumbiya, Cənubi Afrika və BƏƏ yığmalarını da çalışdırıb.