
Milli komandada yeni baş məşqçi
- 12 İyl 2022 12:45
- 476
Misir milli komandasının yeni baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.
Misir yığmasını Rui Vitoriya çalışdıracaq. 52 yaşlı portuqaliyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, bu postda Ehab Qalalı əvəzləyib.
Vitoriyanın son iş yeri Moskva “Spartak”ı olub.