
“Milan”ı “Flamenqo”ya dəyişdi
- 15:20
- 34
Braziliyanın “Flamenqo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”dan Emerson Royalı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Emerson ötən mövsüm “Milan”la A Seriyasında 17 oyuna çıxıb. O,daha əvvəl "Barselona" və "Tottenhem"də də oynayıb.