"Milan"ın yarımmüdafiəçisi Frank Kessie yayda "Barselona"ya keçəcək.

Rekord.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, 25 yaşlı oyunçu Kataloniya klubuna keçid üçün İsveçrənin Luqano şəhərində tibbi müayinədən keçib.

O,  daha sonra "Barselona" ilə  4 illik müqavilə imzalayıb. Fildişi Sahili millisinin üzvü yeni klubuna azad agent kimi keçəcək. Çünki onun "Milan"la müqaviləsi bu mövsümün sonu başa çaır.

Qeyd edək ki, Kessie bu mövsüm A seriyasında meydana çıxdığı 23 matçda 5 qol vurub.