"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi "Brügge"dən Şarl De Ketelareni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

"Milan" belçikalı futbolçu üçün 32 milyon avro ödəyəcək.