
"Milan” 17 yaşlı serb hücumçu üçün 5 milyon avro təklif etdi
- 25 Yan 2022 14:15
- 522
“Milan” heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubunun futbolçusu Marko Lazetiçlə maraqlanır.
Bu barədə TMW radiosu məlumat yayıb.
Xəbərdə “Milan”ın 17 yaşlı hücumçu üçün “Srvena Zvezda”ya 5 milyon avro, oyunçuya isə 5 illik müqavilə təklif etdiyi bildirilib.
Lazetiç bu mövsüm “Srvena Zvezda” ilə 21 oyunda 7 qol vurub.