“Real”ın sabiq qapıçısı Ejik Dudek Lionel Messi haqda danışıb.

Rekord.az xəbər verir ki, Dudek Leonun “el klasiko” zamanı davranışı barədə bəzi sirləri açıb.

O, Messinin təxribatçı olduğunu bildirib:

“Messi yalançı və təxribatçı idi. Əslində, elə Qvardiola da, digər “Barsa”lılar da onun kimi idi.

Messinin Pepeyə və Ramosa kobud sözlər dediyini o qədər eşitmişəm ki... Adamın inanmağı gəlmirdi ki, o, belə ifadələr işlədə bilər”.