
"Messi və Neymarda qorxulu heç nə yoxdur"
- 10 İyl 2022 17:00
- 461
"Trua"da oynayan Adil Rami PSJ-nin futbolçuları Lionel Messi və Neymar haqda danışıb.
Rekord.az "RMC Sport"a istinadən xəbər verir ki, 36 yaşlı oyunçu deyib: "Messi və Neymar? Bu futbolçular zirvədə olanda onlara qarşı oynadım. İndi isə Messinin artıq 35 yaşı var. Onlarda qorxulu heç nə yoxdur".
Qeyd edək ki, Rami ötən mövsüm Fransa Liqa 1 təmsilçisində 18 oyun keçirib və 3 qol vurub.