Liqa 1-in 25-ci turu çərçivəsində baş tutan Marsel “Olimpik”i ilə oyun PSJ-nin hücumçuları Lionel Messi və Kilian Mbappe üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, Messi bu oyunda rəqib qapısına yol tapmaqla klub karyerasındakı 700-cü qoluna imza atıb.

O, bu saya 840-cı oyununda çatıb. PSJ-də 28-ci qolunu vuran futbolçu daha öncə “Barselona”da da rəqib qapılarından 672 top keçirib.

Mbappe isə bu qarşılaşmada dubla imza atıb. Nəticədə o da PSJ-də vurduğu qolların sayını 200-ə çatdırıb və Paris təmsilçisinin sabiq hücumçusu Edinson Kavaniyə məxsus rekordu təkrarlayıb. Mbappe daha bir qol vuracağı halda mütləq rekordçuya çevriləcək. Lakin Kilian 200 qol həddinə Kavanidən 55 oyun az keçirərək nail olub. Mbappe 246, Kavani isə 301 qarşılaşmada bunu bacarıb.

Xatırladaq ki, Mbappe bu mövsüm Fransa çempionatında meydana çıxdığı 21 oyunda 17 qol vurub. Messi isə meydana çıxdığı 20 oyunda 12 qol və 12 məhsuldar ötürmə müəllifi olub.