
Messi məşqçi olmayacağını açıqladı
- 08 Okt 2022 16:00
- 390
PSJ-nin hücumçusu Lionel Messi futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olmaq fikrində olmadığını etiraf edib.
Rekord.az xəbər verir ki, o, nəyə nail olacağını düşünmədiyini deyib:
“Mən nəyə nail olacağımı düşünmürəm, həmişə nə olacağını düşünürəm. Mən məşqçi olmayacam.
Zinəddin Zidan da bunu dedi, amma sonra məşqçi oldu və Çempionlar Liqasını qazandı. Mən idman idarəçiliyini, komanda qurmağı, məşqçiliyi xoşlayıram. Lakin hələ yüz faiz əmin deyiləm”.
Messi daha əvvəl etiraf etmişdi ki, 2022-ci il dünya çempionatı onun üçün sonuncu olacaq. Argentinalı forvard dörd dünya çempionatında iştirak edib: 2006, 2010, 2014 və 2018-ci illərdə.