"Barselona"nın kapitanı Lionel Messi La Liqanın 34-cü turunda "Valensiya"ya 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra komanda yoldaşlarını evində qonaq edib.

Rekord.az "Diario Sport"a istinadən xəbər verir ki, bu gün argentinalı hücumçu evində nahar təşkil edib. O, son qələbəni qeyd etmək və "Atletiko" ilə oyundan əvvəl komandanın bir yerdə olmasına kömək etmək məqsədi ilə bu addımı atıb.

Nəşr yazıb ki, 33 yaşlı oyunçu Kataloniya təmsilçisində düzgün əhval-ruhiyyənin qurulmasında böyük rol oynayır.

Qeyd edək ki, "Barselona" La Liqada mayın 8-i "Atletiko"nu qəbul edəcək. Komanda (74 xal) qalib gəlsə, turnir cədvəlində lider Madrid təmsilçisini (76 xal) keçəcək.