PSJ-nin hücumçusu Lionel Messi zədələnib.

Rekord.az xəbər verir ki, argentinalı forvard Çempionlar Liqasında “Benfika” ilə keçirilən oyunda (1:1) dizindən xəsarət alıb.

Messu qol vurduğu oyunda zədələnsə də, onun durumunun ciddi olmadığı açıqlanıb.

Onun matçın 81-ci dəqiqəsində əvəzlənməsinə səbəb də məhz bu olub. Futbolçu özü baş məşqçi Kristof Qaltedən diz nahiyəsində ağrı hiss etdiyi üçün əvəzlənməsini istəyib.

35 yaşlı hücumçu Liqa 1-in “Reyms”lə oyununu buraxa bilər.

10-cu turun “Reyms” – PSJ matçı sabah keçiriləcək.