Azərbaycan Cüdo Federasiyasının (ACF) Şəkidə şimal-qərb regionunun məşqçiləri üçün təşkil etdiyi peşəkar inkişaf proqramının üçüncü günü arxada qalıb.


Rekord.az xəbər verir ki, proqramda ACF-in Təhsil şöbəsinin müdiri Orxan Oruczadə iştirakçılara klubların lisenziyalaşdırılması və məşqçilərin sertifikatlaşdırılması prosesi barədə ətraflı məlumat verib.


Daha sonra "Cüdo dəyərləri və mədəniyyətinin təbliği" mövzusunda seminar keçirilib.


Tədbirdə cüdonun əsas dəyərləri — hörmət, təvazökarlıq, cəsarət və özünüidarə prinsiplərinin gənclərə aşılanması, bu idman növünün mədəni irs və sosial tərbiyə vasitəsi kimi rolu müzakirə olunub. Sessiya ümumilikdə cüdonun sağlam həyat tərzi, etik davranış və vətəndaşlıq məsuliyyətinin təşviqindəki əhəmiyyətini vurğulayıb.


Günün praktiki hissəsi isə “te-waza” — əl texnikalarına həsr olunub.