
Məşhur reper futbol klubunda pay aldı
- 14:45
- 40
Məşhur reper Snoop Dogg "Suonsi" futbol klubunun səhmdarı olub.
Rekord.az xəbər verir ki, bu barədə Çempionşip iştirakçısının rəsmi açıqlamasında deyilir.
"Sky Sports" bildirir ki, musiqiçi kluba şəxsi sərmayəsini yatırıb.
Klubun sahibləri Brett Kravatt və Ceyson Koen brendi dünya bazarında inkişaf etdirmək və gəlirlərini artırmağı hədəfləyir.
İki gün əvvəl Snoop Dogg "Suonsi"nin yeni mövsüm üçün nəzərdə tutulmuş formasının təqdimat mərasimində iştirak edib.
Xatırladaq ki, apreldə klubun səhmdarları siyahısına Luka Modriç də qoşulub. "Real"ın keçmiş yarımmüdafiəçisi yeni mövsümdən "Milan"da çıxış edəcək.