“Transfermarkt”ın “instaqram” səhifəsi maraqlı paylaşım edib.

Paylaşımda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Musa Qurbanlıya da yer verilib:
 

“Əksər oyunçular futbolçu ixtisası seçimində öz yaxın qohumlarının izi ilə gedib. Biz də qərara aldıq ki, keçmiş sovet ölkələrindən olan atalarının arxasınca milli komandalara cəlb olunan futbolçuları yad edək”.