Son günlər mətbuatda yayılan məlumatlardan biri də Nadir Nəbiyevin "Şəfa"ya idman direktoru təyin edilməsi ilə bağlıdır.

Rekord.az-a açıqlama verən Nəbiyev özü isə bu məlumatı təkzib elədi.

O, bildirdi ki, belə bir posta təyinatı olmayıb: "Mən "Şəfa"da akademiyada işləyirəm, akademiyanın rəhbəriyəm. Mətbuatda idman direktoru olmağım yazılıb, elə bir şey yoxdur, mən idman direktoru deyiləm. Akademiya direktoru kimi aşağı yaş qruplarından ibarət komandaları formalaşdırmaqla məşğuluq. 4 komandamız var, əlavə tələb olunanları da formalaşdırırıq. Çünki lisenziyalaşdırmanın tələbləri var və biz də çalışırıq qısa zamanda o tələbləri yerinə yetirək"