
"Məhəllə uşaqları"ndan növbəti möhtəşəm qələbə
- 10:00
- 138
Həvəskarlar Liqasında çıxış edən "Məhəllə uşaqları" komandası növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisi 1/8 final mərhələsində "Mübariz" FK komandası ilə qarşılaşıb.
Orxan Abdullayevin komandası qarşılaşmadan 8:3-lük qələbə ilə qarşılaşıb və cavab matçı öncəsi böyük üstünlük qazanıb. "Məhəllə uşaqları"ndan qolları Ramil Həşimzadə (3), Məhəmməd Alıyev (2), Bayram Nurizadə (2) və Kamran İsmayılov vurub. Cavab matçı bu həftə baş tutacaq.