
Mbappe və Neymar arasında problem həll olundu
- 16 Avq 2022 19:17
- 437
PSJ-nin futbolçuları Kilian Mbappe və Neymar arasında münaqişəni həll edə biliblər.
Rekord.az xəbər verir ki, bu barədə “Le Parisien”in jurnalisti Adrian Qrenyer “Twitter” səhifəsində yazıb.
Bildirilib ki, PSJ-nin idman direktoru Lukas Kampos bu vəziyyətə şəxsən müdaxilə etməli olub. O, futbolçulara davranışlarının komandanın ümumi performansına xələl gətirməməli olduğunu və oyunçular arasında yaranan anlaşılmazlıqların birgə həll edilməli olduğunu bildirib. Futbolçularla keçirilən son görüş nəticəsində bütün tərəflər münaqişənin həll olunduğunu etiraf ediblər.
Xatırladaq ki, PSJ yeni baş məşqçi Kristof Qaltyenin rəhbərliyi altında Fransa çempionatına uğurlu başlayıb. Komanda "Klermon" (5:0) və "Monpelye"yə (5:2) qalib gəlib. Bu matçlarda Neymar 3 qol vurub, eyni sayda qolun ötürməsini verib. Mbappe isə cəmi bir qol vurub.