
Marselonun yeni klubu bəlli oldu
- 25 Fev 2023 10:20
- 364
Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun sabiq müdafiəçisi Marselonun yeni iş yeri müəyyənləşib.
Rekord.az xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsinin "Fluminense" komandasına keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti daha bir artırılmaq şərti ilə 2024-cü ilin dekabr ayına kimi anlaşıblar.
Xatırladaq ki, Marselonun son komandası Yunanıstan "Olimpiakos"u olub. O, bu mövsümün əvvəlindən formasını geyindiyi sözügedən klubu bir neçə gün öncə tərk etmişdi.