"Mançester Yunayted"in sabiq müdafiəçisi Pol Parker Kriştiano Ronaldonun oyunu haqda fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, Parker portuqal hücumçunun oyun planında komandaya heç bir xeyrinin olmadığını deyib.

O, Ronaldonun yalnız reklam üçün lazım olduğunu bildirib:

“Ronaldo kluba ancaq forma satmaq və PR üçün lazımdır. Əgər Kriştiano topu daha yaxşı idarə edən “Mançester Siti”də oynasaydı, biz onu oyunda daha çox görərdik.

Hazırda Ronaldo təcrid olunub və topa nadir hallarda toxunur. İndi komandanın oyun modeli yoxdur”.