“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot “Yuventus”, “Milan” və ya “Atletiko”ya keçə bilər.

Rekord.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalının hələ də Milan klubunda dostları var ki, bu da onun qərarına təsir edə bilər.

“Qırmızı-qaralar”ın rəhbərliyi isə ümid edir ki, “Barselona”dan icarəyə götürülən Serjinyo Dest özünü sübut edəcək və onlar Dalota pul xərcləmək məcburiyyətində qalmayacaqlar.

Dalot 2018-ci ilin yayında “Portu”dan “Mançester Yunayted”ə keçib. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi qüvvədədir. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 8 oyunda 2 məhsuldar ötürmə edib.