“Mançester Yunayted"in hücumçusu Antoni Marsial bu gün əməliyyat edilib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu qasıq nahiyəsindən əməliyyat olunub. Onun təxminən 10 həftə meydana çıxa bilməyəcəyi açıqlanıb.

28 yaşlı futbolçu bu mövsüm "Mançester Yunayted"də 19 oyuna 2 qol vurub, 2 qol ötürməsi edib.