"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole Qunnar Sulşerə ödədiyi kompensasiyanın məbləği məlum olub.

Rekord.az xəbər verir ki, norveçli mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün ona 8,4 milyon avro ödənilib.

Sulşerin məşqçilər korpusu da kompensasiya alıb. Onlara ödənilən məbləğ 3,6 milyon avro olub.

“Mançester Yunayted” Sulşeri 2021-ci il noyabrın 21-də istefaya göndərib. O, 2018-ci ildən "Mançester Yunayted"də çalışırdı.