"Barselona" "Mançester Yunayted"dən Markus Reşfordu heyətinə qatdığını açıqlayıb.


Rekord.az bu barədə kataloniyalıların mətbuat xidmətinə isitnadən xəbər verir.


27 yaşlı hücumçu 1 il ərzində icarə əsasında "Barselona"nın formasını geyinəcək.


Reşford ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"nın formasını geyinib. O, 17 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.