"Mançester Yunayted"in futbolçusu Cessi Linqard mövsümün sonunda komandadan ayrılmağa qərar verib.

 

Rekord.az xəbər verir ki, ingiltərəli vinger əsas heyətdə az şans qazandığı üçün "qırmızı şeytanlar"dan ayrılmaq istədiyini rəhbəriyə bildirib. 

 

29 yaşlı futbolçu ilə bir çox klub maraqlanır. "Nyukasl", "Tottenhem", "Vest Hem" və "Aston Villa" təcrübəli hücum oyunçusunu heyətinə qatmaq istəyir.

 

Cessi Linqard 2015-ci ildən "Mançester Yunayted"də çıxış edir. İngiltərə millisinin üzvü cari mövsümdə 4-ü əsas heyətdə olmaqla 22 qarşılaşmada meydana çıxıb. O, bu matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.