“Mançester Yunayted”də ciddi itki
- 17:20
- 30
Mançester Yunayted"in yarımmüdafiəçisi Patrik Dorqu zədə səbəbindən uzun müddətə sıradan çıxıb.
Rekord.az xəbər verir ki, tibbi müayinə zamanı futbolçunun bud nahiyəsindən zədə aldığı məlum olub.
21 yaşlı danimarkalı oyunçu təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, İngiltərə Premyer Liqasının XXIII turunda keçirilən "Arsenal"la (3:2) matçda zədələnib. Dorqu həmin görüşdə qol müəllifi olub.
Dorqu cari mövsümdə bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.