Avropa Liqasının “Sevilya” ilə oyununda (2:2) zədələnən “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinesin son durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, müdafiəçi böyük ehtimalla mövsümün sonuna kimi yaşıl meydançalardan kənar qalacaq.

Onun yalnız gələn mövsümün əvvəlinə kimi tam sağalacağı gözlənilir. Hər halda, həkimlərin ilkin rəyi bu cürdür.