
“Mançester Yunayted” rus sponsoru ilə müqaviləyə xitam verdi
- 05 Mar 2022 12:43
- 465
“Mançester Yunayted” Rusiyanın “Aeroflot” aviaşirkəti ilə sponsorluq müqaviləsini ləğv edib.
Rekord.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyanın “Aeroflot” aviaşirkətinin sponsorluq müqaviləsinə xitam verilib.
“Aeroflot” 2013-cü ildən Mançester təmsilçisinin sponsorları sırasındadır.