
“Mançester Siti”nin ukraynalısı: "Sadəcə ağlayıram"
- 06 Mar 2022 19:00
- 540
“Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko Ukraynadakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, Zinçenko bir həftədir ağladığını deyib:
“Mən, sadəcə ağlayıram, artıq bir həftədir ki, belə durumdayam.
İstənilən yerdə, hətta avtomobillə bazaya gələndə də ağlayıram. İstənilən an, heç bir səbəb olmadan ağlaya bilərəm”.
Zinçenko beynəlxalq ictimaiyyəti Rusiya idmanına qarşı ən sərt tədbirlər görməyə çağırıb. O cümlədən, bütün rusiyalı idmançıların diskvalifikasiya edilməsini tələb edib.