
“Mançester Siti”nin futbolçusu ABŞ klubunda
- 05 Yan 2024 18:00
- 322
"Mançester Siti"nin qapıçısı Zak Steffen karyerasını ABŞ-də davam etdirəcək.
Rekord.az xəbər verir ki, 28 yaşlı qolkiper "Kolorado"ya keçib.
Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klubun rəsmi saytı amerikalı futbolçu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.
Steffen 2019-cu ilin yayından "Mançester Siti"də çıxış edirdi. O, indiyədək "şəhərlilər"lə 21 oyuna çıxıb.