“Mançester Siti” yarımmüdafiəçi Maksimo Peroneni “Komo”ya satıb.


Rekord.az xəbər verir ki, argentinalı futbolçu yeni klubu ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzalayıb.


Transferin dəyərinin 13 milyon avro olduğu bildirilir.


22 yaşlı Perone son mövsümdə “Komo”da icarə əsasında çıxış edib. O, A Seriyasında 26 oyunda meydana çıxaraq, 3 məhsuldar ötürmə ilə yadda qalıb.