"Mançester Siti" futbolçusu Emerik Laportanı "Çelsi"yə satmaqdan imtina edib.

Rekord.az xəbər verir ki, bu barədə "Evening Standard" məlumat yayıb.

Bildirilib ki, Mançester təmsilçisi ispan müdafiəçi üçün göndərilən təklifi müsbət cavablandırmayıb.

Qeyd edək ki,  Laporta ötən mövsüm "Mançester Siti"də 44 oyuna çıxıb və 4 qol vurub.