"Mançester Siti" yeni transferini rəsmən açıqlayıb.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Norveçin "Rusenborq" klubundan Sverre Nyupanı heyətinə qatıb.


18 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.


Nyupan ötən mövsüm "Rusenborq"un heyətində 10 oyunda iştirak edib və 1 qola imza atıb.