
Maksim Medvedevin son durumu ilə bağlı açıqlama
- 04 Avq 2022 00:02
- 557
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın kapitanı Maksim Medvedevin zədəsi haqda danışıb.
Rekord.az xəbər verir ki, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la ilk oyundan (1:1) sonra mətbuat konfransında deyib: "Maksimin cavab matçında oynayıb-oynamayacağını hələ bilmirik. Zədəsi elədir ki, nə vaxta bərpa olunacağını demək çətindir".
Qeyd edək ki, bu komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, M.Medvedev zədə səbəbindən "Ferentsvaroş"la ilk görüşü buraxıb.