Böyük ehtimalla növbəti mövsüm "Qarabağ"ın kapitanı Maksim Medvedev üçün son mövsüm olacaq.

Rekord.az-a daxil olan məlumata görə, klubla müqaviləsi başa çatan 34 yaşlı veteranla yeni 1 illik müqavilə imzalanacaq.

Lakin Qurban Qurbanov daha çox onun təcrübəsindən istifadə etməyi düşünür. Maksim bir növü oynayan-məşqçi olacaq və ehtiyac yaranarsa, kömək məqsədi ilə meydançaya çıxacaq. Güman ki, növbəti mövsüm onu əsas heyətdə görməyəcəyik. Müdafiəçinin 2024-cü ildə, 35 yaşında tam olaraq futboldan gedəcəyi və elə "Qarabağ"da məşqçiliyə başlayacağı gözlənilir.