Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da bu gün növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Fatih Karagümrük”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Mahir də bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb.

“Konyaspor” hazırda 50 xalla 7-ci pillədə qərarlaşıb.