
Mahirə qarşı oynamış futbolçu "Barselona"ya "yox" dedi
- 22 Fev 2022 22:00
- 541
"Sevilya"nın müdafiəçisi Jül Kunde gələcək karyerası ilə bağlı qəti qərar qəbul edib.
Rekord.az xəbər verir ki, müdafiəçi ilə "Barselona" və "Çelsi" ciddi maraqlanırdı.
Ancaq o, “Barsa”ya “yox” cavabı verib. Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
23 yaşlı Kunde "Sevilya"ya 2019-cu ilin yayında "Bordo"dan 25 milyon avroya keçib. Bu mövsüm İspaniya çempionatının 20 matçında 1 məhsuldar ötürmə edib.
O, ölkə kubokunun üç oyununda da 1 qol vurub. Futbolçunun"Sevilya" ilə müqaviləsi 2024-cü ildə başa çatır. “Transfermarkt” portalı oyunçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir.