Xorvatiya çempionatında 5-ci turun matçları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" da növbəti matçını oynayıb.

Zaqreb klubu "Hayduk"u evdə 4:1 hesabı ilə məğlub edib. Emreli sona qədər ehtiyatda oturub.

“Dinamo” 5 turdan sonra 13 xalla liderdir.