
Mahir Xorvatiya çempionatında debüt etdi, “Dinamo” darmadağına sevindi
- 05 Mar 2022 20:23
- 537
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında debüt edib.
Rekord.az xəbər verir ki, o, 26-cı tur çərçivəsində Zaqreb “Dinamo”sunun “Şibenik”ə qarşı keçirdiyi ev oyununun iştirakçısı olub.
Paytaxt klubunda ilk dəfə start heyətində meydana çıxan forvard 60-cı dəqiqədə Komnen Andriçlə əvəzlənib. Emreli birinci hissədə “Dinamo”da ilk qolunu vurmağa yaxın olsa da, qüvvətli zərbəsindən sonra top qapı tirinə tuş gəlib. Oyun isə Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbədən sonra xallarını 53-ə çatdıran “Dinamo” turnir cədvəlində ilk pilləyə yüksəlib.