
Mahir sabahkı oyunda meydançaya çıxa biləcək
- 22 İyl 2022 15:48
- 587
"Dinamo"da (Zaqreb) çıxış edən Azərbaycan millisinin forvardı Mahir Emreli zədəsini sağaldaraq sıraya dönüb.
Rekord.az "Sportarena.hr" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ölkə çempionatının II turunda səfərdə "Slaven Belupo" ilə görüşdə iştirak edə biləcək.
İyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Emreli daha əvvəl çempionatın I turunda "Lokomotiv"ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı, həmçinin, Şimali Makedoniya "Şkupi"si ilə 2:2 hesablı heç-heçə etdiklər Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu buraxıb.